Qazaxıstanda avtomobil dəvə ilə toqquşub, 5 nəfər ölüb

Qazaxıstanda avtomobil dəvə ilə toqquşub, 5 nəfər ölüb Hadisə hərəkətin qadağan edildiyi yolda baş verib
Region
19 Sentyabr , 2017 11:24
Qazaxıstanda avtomobil dəvə ilə toqquşub, 5 nəfər ölüb
Sputnik

Bakı. 19 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Alamtı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu haqda vilayətin Daxili İşlər Departamenti məlumat yayıb.

İnformasiyaya əsasən, qəza avtomobil yolunun “Qərbi Avropa – Qərbi Çin” hissəsində sentyabrın 19-da gecə saatlarında baş verib.

“Almatı sakini olan 43 yaşlı qadının idarə etdiyi “Range Rover” avtomobili Aydarlı kəndi yaxınlıığında dəvə ilə toqquşaraq aşıb. Hadisə yerində sürücü-qadın, 3 sərnişin ölüb. Daha bir sərnişin isə xəstəxanda həyatını itirib”, - deyə departamentin məlumatında bildirilib.

Hadisə nəticəsində ölən dəvənin yiyəsi hələ ki, məlum deyil.

Departamentin məlumatında qeyd edilib ki, qəza baş verən yerdə yol-tikinti işləri başa çatmadığından nəqliyyat vasitələrinin həmin avtoyolla hərəkəti yasaqlanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi