Qazaxıstanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Qazaxıstanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb Qazaxıstanda avtobus qəzaya uğrayaraq aşıb, 11 nəfər ölüb, 29 nəfər yaralanıb.
Region
20 Aprel , 2019 10:18
Qazaxıstanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Qazaxıstanda avtobus qəzaya uğrayaraq aşıb, 11 nəfər ölüb, 29 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Aprelin 20-də səhər saat 5 radələrində Jambıl vilayətinin Korday rayonunda - Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində "Toyota Camry" markalı avtomobil yol qırağında park edilmiş yük maşını ilə toqquşub. Bu zaman yolda hərəkət edən sərnişin avtobusu da yuxarıda göstərilən avtomobillərlə toqquşmadan qaçmağa çalışarkən aşıb", - qurumun Mətbuat xidmətinin məlumatında deyilir.

DİN-in məlumatına görə, qəza nəticəsində 8 nəfər hadisə yerində ölüb, 32 nəfər tibb məntəqələrinə aparılıb, amma sonradan daha 3 nəfər aldığı xəsarətlərdən keçinib.

Son xəbərlər

Orphus sistemi