Yuxarı
    Bağlamaq

    Qazaxıstan şirkəti Ermənistanda öldürücü olmayan silah istehsal etməyə hazır olduğunu bildirib

    AlmaDK-nın direktoru: Bizim məhsullar təlimlər və ya hərbi əməliyyatlar zamanı qoşunların maskalanması zamanı yardım edə bilər

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Qazaxıstanın "AlmaDK" şirkəti Ermənistan tərəfi ilə öldürücü olmayan silah istehsalı məsələsində əməkdaşlığa hazırdır.

    "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Nurjan Makulbek Yerevanda keçirilən "ArmHiTec-2016" silah sərgisində bildirib.

    "Biz, həmçinin pirotexniki vasitələr və əsgərlərin məşq etməsi üçün imitasiyalı patronlar istehsal edirik. Təlimlər və ya hərbi əməliyyatlar zamanı qoşunların maskalanmasına yardım edə biləcək hər cür tüstü də istehsal edirik. Texnologiyalarımızdan istifadə edib silahları Ermənistanda da istehsal edə bilərik", - deyə N.Makulbek vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi