Bakı. 6 iyul. REPORT.AZ/ Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin anadan olmasının 75 ili tamam olur.
"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.
Nursultan Abişeviç Nazarbayev 1940-cı il iyulun 6-da Almatı vilayəti Kaskelen rayonunun Çemolqan kəndində anadan olub.
O, 1979-1984-cü illərdə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1984-1989-cu illərdə Qazaxıstan SSRİ Nazirlər Sovetinin sədri, 1989-1991-ci illərdə isə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
N.Nazarbayev 1991-ci il dekabrın 1-dən Qazaxıstan prezidentidir.
Xanımı Sara Alpısovna "Bobək" Beynəlxalq Uşaq Fondunun yaradıcısı və prezidentdir. Habelə "SOS - Qazaxıstan uşaq kəndi" Fondunun rəhbəridir.
Nursultan Nazarbayevin 3 qızı var - Dariqə (1963-cü ildə anadan olub), Dinara (1967) və Aliyə (1980).