Qazaxıstan prezidenti qızını Senata üzv təyin edib

Qazaxıstan prezidenti qızını Senata üzv təyin edib Nursultan Nazarbayev bununla bağlı fərman imzalayıb
Region
13 Sentyabr , 2016 18:00
Qazaxıstan prezidenti qızını Senata üzv təyin edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Dariqa Nazarbayeva ölkə Senatının (Yuxarı Palata) deputatı təyin edilib.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, D.Nazarbayeva Qazaxıstan rəhbəri Nursultan Nazarbayevnin böyük qızıdır. O, 1963-cü ildə anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. D.Nazarbayeva bir il baş nazirin müavini olub.

Xatırladaq ki, Qazaxıstan Senatının (Yuxarı Palata) 47 üzvü var. Senatın 15 üzvünü prezident təyin edir. 32 senator isə ölkənin hər vilayətindən iki nəfər olmaqla yerli hakimiyyət orqanları tərəfindən seçilir.

Son xəbərlər

Orphus sistemi