​Qazaxıstan prezidenti: "3 nəvəmin atasını tutdurduğumu insanlar niyə unudub?"

​Qazaxıstan prezidenti: "3 nəvəmin atasını tutdurduğumu insanlar niyə unudub?" Nursulat Nazarbayev keçmiş kürəkənindən danışıb
Region
1 İyul , 2015 11:58
​Qazaxıstan prezidenti: 3 nəvəmin atasını tutdurduğumu insanlar niyə unudub?

Bakı. 1 iyul. REPORT.AZ/ "3 nəvəmin atasını tutdurduğumu insanlar niyə unudub? Elə düşünürlər ki, onlar anaları ilə birlikdə ağlaya-ağlaya mənim yanıma gəlmədilər? Əlbəttə, gəldilər. Elə bilirsiz, mən narahat olmadım? Əlbəttə, narahat oldum. Ancaq sonra gördüm ki, həddini aşır, dayana bilmədim. Qohumlar məni dilə tutmağa başladı, "bu işi bağlamaq sənin əlindədir" dedilər. Mən bütün qohumlarıma, uşaqlarıma və dostlarıma xəbərdarlıq eləyirəm, burada (Qazaxıstanı nəzərdə tutur - "Report") toxunulmaz adam yoxdur və olmayacaq".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nursultan Nazarbayev yeni çəkilən sənədli filmdə keçmiş kürəkəni Rahat Əliyev haqqında danışarkən bildirib.

N.Nazarbayev barəsində çəkilən yeni sənədli filmdə indiyə kimi yayımlanmayan kadr və sənədlərin göstəriləcəyi gözlənilir. Sənədli ekran əsərinin hələlik yalnız anonsu yayımlanıb. Film bu gün Qazaxıstanın "Xabar" və "KTK" TV-lərində göstəriləcək.

Qeyd edək ki, Rahat Əliyev N.Nazarbayevin böyük qızı Dariqə Nazarbayevanın keçmiş həyat yoldaşı olub. O, 2007-ci ilədək ölkəsinin Avstriyadakı səfiri işləyib. Həmin il Qazaxıstanın hüquq-mühafizə orqanları R.Əliyevi müxtəlif ağır cinayətlərdə ittiham edib. Onun barəsində qiyabi məhkəmə keçirilmiş və 40 il azadlıqdan məhrum edilmişdi. O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi. R.Əliyev 2014-cü il iyunun 5-də Vyanda tutulub. Bu il fevralın 23-də Avstriyanın paytaxtında müvəqqəti təcdirxananın kamerasında özünü asmış vəziyyətdə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi