Yuxarı
    Bağlamaq

    ​Qazaxıstan paytaxtında Mirzoyan adına küçənin adı dəyişdirilib

    Dəyişikliklə bağlı qərar martın 31-də Astana şəhəri Ədliyyə Departamentində qeydiyyatdan keçib

    Bakı. 2 aprel. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində Levon Mirzoyan adına küçənin adı dəyişdirilib.

    "Report" "Newskaz"a istinadən xəbər verir ki, bununla bağlı Astana şəhər hakimiyyəti və məsləhət şurası qərar imzalayıb.

    Məlumata görə, həmin küçə Kanış Satpayev adlanacaq.

    Dəyişikliklə bağlı qərar 2015-ci il martın 31-də Astana şəhəri Ədliyyə Departamentində qeydiyyatdan keçib. Qərarın icrası 10 təqvim günündə gerçəkləşdirilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi