Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb

Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb Bakı. 3 mart. REPORT.AZ/ Qazaxıstan “Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb.
Region
3 Mart , 2018 15:02
Qazaxıstan Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb

Bakı. 3 mart. REPORT.AZ/ Qazaxıstan “Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Sənəd Qazaxıstanın BMT-yə üzvlüyə qəbul olunmasının 26-cı ildönümü günü Nyu-Yorkda imzalanıb.

Müqaviləyə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2018-ci il yanvarın 9-da imzaladığı uyğun fərmana əsasən, ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov imza atıb.

2017-ci il iyulun 7-də qəbul edilən “Nüvə silahının qadağan edilməsi haqqında” müqaviləni BMT-yə üzv olan 122 dövlət dəstəkləyib. Bir müddət əvvəl 56 dövlət bu müqaviləni təsdiqləyib. Qazaxıstan müqaviləni təsdiqləyən 57-ci dövlət olub. 

Son xəbərlər

Orphus sistemi