Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb Ona qarşı Cinayət Məcəlləsinin dövlət sirrini yaymaq və səlahiyyət həddini aşmaq maddələri ilə cinyət işi başlanılıb
Region
27 Mart , 2017 19:55
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb

Bakı. 27 mart. REPORT.AZ/ Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Nartay Dutbayev barəsində seçilmiş həbs təqiimkan tədbirinin müddəti 2017-ci il mayın 26-dək uzadılıb.

“Report” "Tengrinews" a istinadən xəbər verir ki, ölkə paytaxtı Astana şəhər məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

N.Dutbayevin həbsi haqqında məlumat 2016-cı il dekabrın 26-da yayılıb. Onunla birlikdə daha iki dövlət məmuru Nurlan Xasen və Yerlan Nurtayev də tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin dövlət sirrini yaymaq və səlahiyyət həddini aşmaq maddələri ilə cinyət işi başlanılıb.

Qeyd edək ki, N.Dutbayev 2001-2006-cı illərdə MTK-nin sədri işləyib.

Son xəbərlər

Orphus sistemi