Yuxarı
    Bağlamaq

    Qarsda FETÖ ilə əlaqədə şübhəli bilinən 35 hərbçi tutulub

    Bir müddət əvvəl Qarsda tutulan 15 hərbçinin istintaqı hələ də davam edir

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Türkiyənin Qars bölgəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq tədbirləri çərçivəsində 35 hərbçi tutulub.

    "Report" "Haber7"yə istinadən xəbər verir ki, Qars əyaləti Təhlükəsizlik İdarəsinin əməkdaşları Sarıkamış 9-cu Briqada Komandanlığında axtarış aparıblar.

    Məlumata görə, 35 şübhəli təhlükəsizlik idarəsinə aparılıb. 

    Qeyd edək ki, bir müddət əvvəl Qarsda tutulan 15 hərbçinin istintaqı hələ də davam edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi