Yuxarı

​Qars bölgəsində irimiqyaslı antiterror əməliyyatı keçirilir

Təhlükəsizlik qüvvələri rayona giriş-çıxışı nəzarət altında saxlayır

Bakı. 7 oktyabr. REPORT.AZ/ Qars əyalətinin Kağızman rayonunda terrorçu PKK-ya qarşı əməliyyatı davam etdirmək məqsədilə bölgəyə çoxlu sayda əsgər və zirehli texnika yeridilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, Dibekkaya ərazisi, Madur vadisi və Çömçe dağı bölgəsində terrorçu PKK qruplaşmasına qarşı başlayan əməliyyat genişləndirilib.

Bölgədə keçirilən əməliyyat zamanı terrorçuların qaçış nöqtələrinə helikopterlər vasitəsilə xüsusi təyinatlılar yerləşdirilib.

Bundan başqa, Qars-Digor istiqamətində əsas nöqtələrə termal kameralar və zirehli maşınlar, Çömçeyə isə mina ilə hücumların qarşısını almaq üçün siqnalpozucu qurğular qoyulub.

Məlumatda bildirilib ki, təhlükəsizlik qüvvələri rayona giriş-çıxışı nəzarət altında saxlayır.

Xəbərə görə, oktyabrın 6-da bu bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib, 2-si həbs olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi