Yuxarı

Qaribaşvili: "Gürcüstanda islahatların yeni mərhələsi başlayacaq"

Daxili İşlər Nazirliyi, Prokurorluq və Cəzaların İcrası üzrə Nazirlikdə islahatların aparılması planlaşdırılır

Bakı. 26 dekabr. REPORT.AZ/ Gürcüstanda islahatların yeni mərhələsi başlayacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. 

"Bizdə ən mühüm istiqamətlərə əsaslı islahatlar nəzərdə tutulub. Bildirdiyimiz kimi, Daxili İşlər Nazirliyi, Prokurorluq və Cəzaların İcrası üzrə Nazirlikdə islahatların aparılması planlaşdırılır. Bu islahatların keçirilməsi nəticəsində sistem dəyişikliklərinə nail olacağıq, bu da dövlətimizin və ölkəmizin gücləndirilməsi üçün çox vacibdir", - Qaribaşvili bildirib. 

Onun sözlərinə görə, institusional dəyişikliklər nəzərdə tutulub, onların həyata keçirilməsində parlament, hökumət və qeyri-hökumət sektorunun nümayəndələri iştirak edəcək. 

Daxili İşlər Nazirliyinin dövlət təhlükəsizliyi orqanlarından çıxarılması nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi