Yuxarı

Putinlə Ərdoğanın telefon danışığının təfərrüatları açıqlanıb

Prezidentlər ikitərəfli əlaqələrin bərpa edilməsi və terrora qarşı birgə mübarizədə qətiyyət göstərəcəklərini vurğulayıblar

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iyunun 29-da olan telefon danışığının təfərrüatları açıqlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Adminstrasiyası prezidentlərin görüşü barədə məlumat yayıb. 

Məlumata əsasən, dövlət başçılarının telefon danışığı zamanı ikitərəfli əlaqələrin bərpası üçün lazımi addımların atılması ilə yanaşı, bölgədəki siyasi, humanitar böhranların qarşısının alınması üçün əməkdaşlığın əhəmiyətli olduğu da vurğulanıb.

Prezidentlər ikitərəfli əlaqələrin bərpa edilməsi və terrora qarşı birgə mübarizə məsələlərində qətiyyət göstərəcəklərini vurğulayıblar: "Onlar bir-biri ilə əlaqə saxlamağın və görüşməyin vacibliyi barədə də razılığa gəliblər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi