Putin xaç suyuna salma mərasimində iştirak edib və suya baş vurub - VİDEO

Putin xaç suyuna salma mərasimində iştirak edib və suya baş vurub - VİDEO Havanın temperaturu 6-7 dərəcədən aşağı olmayıb
Region
19 Yanvar , 2018 03:51
Putin xaç suyuna salma mərasimində iştirak edib və suya baş vurub - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin yanvarın 18-də Sankt-Peteburq və Leninqrad vilayətinə işgüzar proqramın yekununda Tver vilayətinə gedib və orada kişlərin Nilo-Stolobenskaya sovməə monastırını ziyarət edib. Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı suya baş vurub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Putin Xaç suyuna salma bayramı münasibəti ilə liturgiyada olub, həmçinin Seliqer gölündə xaçaçuran çimməsində iştirak edib", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, mərasim zamanı gölün olduğu ərazidə havanın temperaturu 6-7 dərəcədən aşağı olmayıb. Peskov həmçinin əlavə edib ki, bu prezidentin ilk xaçaçuran çimməsi deyil.

Son xəbərlər

Orphus sistemi