Yuxarı

Putin və Ərdoğan Suriyadakı son vəziyyəti müzakirə edib

Söhbət zamanı humanitar yardımların çatdırılması səylərini artırmağın vacibliyi vurğulanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriyadakı son proseslər də müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin, Suriyada qarşıdurmaların dayandırılması və humanitar yardımların çatdırılmasına yönəlmiş səyləri artırmağın vacibliyini vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi