Yuxarı
    Bağlamaq

    Putin və Ərdoğan aprelin əvvəlində Türkiyədə görüşə bilər

    Ardınca Rusiya-Türkiyə-İran sammitinin keçirilməsi planlaşdırılır
    Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

    Bakı. 19 fevral. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü aprelin əvvəlində Türkiyədə keçirilə bilər.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

    "Türkiyə, Rusiya və İran arasında Suriyadakı problemin nizamlanması ilə bağlı danışıqlar davam edir. Martın 14-də Moskvada bizim xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək. Martın 16-da Astanada İranın iştirakı ilə üçtərəfli görüş olacaq", - deyə Bozdağ bildirib.

    O əlavə edib ki, Putin və Ərdoğan arasında görüşün dəqiq tarixi hazırda müəyyən edilməyib, lakin aprelin əvvəlinə planlaşdırılır. Görüşdən sonra Suriya ilə bağlı Rusiya-Türkiyə-İran sammitinin keçirilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi