Yuxarı

​Putin Türkiyə ilə münasibətlərin pozulmasına heyfislənib

Şəxsən mən bu münasibətlərin qurulması üçün çox şey etmişəm

Bakı. 01 dekabr. REPORT.AZ/ Vladimir Putin Rusiya və Türkiyə arasında yüksək səviyydə olan münasibətlərin itirilməsindən olduqca təəssüfləndiyini etiraf edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Parisdə iqlim sammiti zamanı keçirilən mətbuat konfransında bildirib.

"Mən düşünürəm ki, biz hamımız heyfislənirik və şəxsən mən olduqca təəssüflənirəm, çünki uzun zaman kəsiyində bu münasibətlərin qurulması üçün çox şey etmişəm", - deyə Rusiya lideri bildirib.

"Lakin artıq çoxdan ortaya çıxmış problemlər var, hansı ki, biz türkiyəli tərəfdaşlarımızla dialoq çərçivəsində həll etməyə çalışdıq", - deyə Putin qeyd edib.

"Çox təəssüf ki, onları bu şəkildə həll etmək lazım gəlir, lakin bu bizim günahımız deyil, bu bizim seçimimiz deyil", - deyə Rusiya prezidenti qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi