​Putin Türkiyə ilə münasibətlərin pozulmasına heyfislənib

​Putin Türkiyə ilə münasibətlərin pozulmasına heyfislənib "Şəxsən mən bu münasibətlərin qurulması üçün çox şey etmişəm"
Region
160
1 Dekabr , 2015 00:53
​Putin Türkiyə ilə münasibətlərin pozulmasına heyfislənib

Bakı. 01 dekabr. REPORT.AZ/ Vladimir Putin Rusiya və Türkiyə arasında yüksək səviyydə olan münasibətlərin itirilməsindən olduqca təəssüfləndiyini etiraf edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Parisdə iqlim sammiti zamanı keçirilən mətbuat konfransında bildirib.

"Mən düşünürəm ki, biz hamımız heyfislənirik və şəxsən mən olduqca təəssüflənirəm, çünki uzun zaman kəsiyində bu münasibətlərin qurulması üçün çox şey etmişəm", - deyə Rusiya lideri bildirib.

"Lakin artıq çoxdan ortaya çıxmış problemlər var, hansı ki, biz türkiyəli tərəfdaşlarımızla dialoq çərçivəsində həll etməyə çalışdıq", - deyə Putin qeyd edib.

"Çox təəssüf ki, onları bu şəkildə həll etmək lazım gəlir, lakin bu bizim günahımız deyil, bu bizim seçimimiz deyil", - deyə Rusiya prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi