Putin: Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır

Putin: Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır Amerikalı tərəfdaşlar bu məsələdə cəsarət və sağlam düşüncə nümayiş etdirməlidirlər
Region
12 Yanvar , 2018 05:58
Putin: Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin güman edir ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır.

“Report”un xəbərinə görə, o, Rusiya KİV-lərinin rəhbərləri ilə görüş zamanı amerikalı tərəfdaşların bu məsələdə cəsarət və sağlam düşüncə nümayiş etdirməli olduqlarını bildirib.

Prezident əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşması Moskvadan asılı deyil:

“Onlar öz istəklərini ortaya qoyduqda, özlərində cəsarət tapdıqda və sağlam düşüncə nümayiş etdirdikdə, nəhayət başa düşəcəklər ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasında Birləşmiş Ştatların özünün maraq dairəsindədir, hər şey normallaşdıqda isə münasibətlər də inkişaf edəcək”, — deyə RİA “Novosti” Putinin sözlərini sitat gətirib.

“Bu bizdən asılı deyil”, — deyə prezident bildirib.

Son xəbərlər

Orphus sistemi