Yuxarı
    Bağlamaq

    ​Putin: "Rusiya strateji silahların müasirləşdirilməsi istiqamətində uğur əldə edib"

    Biz komplekslərimizi müasirləşdirmişik və yeni nəsli uğurla inkişaf etdiririk

    Bakı. 18 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu gün Rusiya strateji silahların müasirləşdirilməsi istiqamətində əhəmiyyətli uğur əldə edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.

    "2000-ci illərin əvvəllərindən başlayaraq Rusiya çox çətin vəziyyətdədir… Kimin ağlına gələrdi ki, Rusiya strateji silahlarını inkişaf etdirə bilər… Lakin biz bunu edəcəyimiz barədə xəbərdar etmişdik, biz bunu demişdik və edirik. Və mən sizi əmin edirəm ki, bu gün Rusiya bu yolda əhəmiyyətli uğur əldə edib. Biz öz komplekslərimizi müasirləşdirmişik və yeni nəsli uğurla inkişaf etdiririk. Mən hələ RƏM sistemlərinin aradan qaldırılması sistemlərindən danışmıram", — deyə Putin bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi