Yuxarı

Putin MDB ölkələrinin nümayəndə heyətləri ilə görüşəcək

Görüş fevralın 22-də Vətən Müdafiəsi Günü münasibəti ilə keçiriləcək

Bakı. 21 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Vətən Müdafiəsi Günü münasibəti ilə MDB ölkələri, eləcə də, Venesuela, Qətər və Serbiyanın xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Fevralın iyirmi ikisində Vladimir Putin Vətən Müdafiəsi Gününə həsr olunmuş təntənəli gecədə iştirak edəcək. O, Dövlət Kreml Sarayında Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın nümayəndə heyətləri ilə görüşəcək, həmçinin hərbçiləri, müki personalı və ordu veteranlarını bayram münasibəti ilə təbrik edəcək", - deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi