Putin Kayseridəki terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib

Putin Kayseridəki terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib Putin Ərdoğandan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı sözlərini, yaralananlara şəfa diləklirini çatdırmağı xahiş edib
Region
17 Dekabr , 2016 17:02
Putin Kayseridəki terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Kayseridə törədilmiş terror aktı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, V.Putin bildirib ki, Moskva terrorizmlə mübarizədə Ankara ilə əmədaşlığı gücləndirməyə hazırıdır.

"Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verirəm. Əminəm ki, bu cinayət əməlinə cavab olaraq ekstremist qruplaşmalarla daha qətiyyətli mübarizə aparılacaq. Öz növbəsində Rusiya  terrorizmlə mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməyə hazırdır", - Kremlin saytında dərc olunmuş teleqramda deyilir. 

Putin Ərdoğandan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı sözlərini,  yaralananlara şəfa diləklirini çatdırmağı xahiş edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvəllərinin Baş Qərargahı hərbçilərə qarşı yönəlmiş terror aktının törədilməsi barədə xəbər verib. hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi