Putin gələn həftə Paşinyanla görüşəcək

Putin gələn həftə Paşinyanla görüşəcək Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Region
10 İyun , 2018 20:07
Putin gələn həftə Paşinyanla görüşəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya gələcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli, futbolu gözləyirik", - deyə Peskov bildirib.

Daha əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib ki, Paşinyan gələn həftə Moskvaya səfər edəcək. Səfər Rusiya Federasiyasında başlayacaq futbol üzrə dünya çempionatı çərçivəsində nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi