Yuxarı

Vladimir Putin: "Rusiyanın dünyanı idarə etmək istəyi Qərb tərəfindən uydurulan möhürdür"

​Putin dünyanı idarə etmək istəyi ilə bağlı sualı cavablandırıb
NATO ölkələrini birləşdirmək üçün xarici təhlükə lazımdır və Rusiya da bu rola yaxşı uyğun gəlir

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin "The Wall Street Journal" qəzetinin jurnalistinin dünyanı idarə etməyi istəyib-istəməməsi ilə bağlı sualını cavablanırıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı oxları ABŞ-ın üzərinə çevirib.

"Dünyanı idarə etmək istəyinə gəlincə, buna cəhd edən qərargahın harada olduğunu bilirik və o, Moskvada deyil. Bu, dünya iqtisadiyyatında ABŞ-ın aparıcı rolu, 700 milyard dollardan çox müdafiə xərcləri ilə bağlıdır", - V.Putin deyib.

O, Rusiyanın dünyanı idarə etmək istəyinin Qərb tərəfindən daxili siyasi məsələləri həll etmək üçün uydurulan möhür olduğunu söyləyib.

Putinin sözlərinə görə, NATO ölkələrini birləşdirmək üçün xarici təhlükə lazımdır və Rusiya da nüvə nəhəngi kimi bu rola yaxşı uyğun gəlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi