Putin: "755 ABŞ diplomatı Rusiyanı tərk etməlidir"

Putin: "755 ABŞ diplomatı Rusiyanı tərk etməlidir" "Bu, diplomatik idarənin işi baxımından çox həssas məsələdir"
Region
30 İyul , 2017 23:10
Putin: 755 ABŞ diplomatı Rusiyanı tərk etməlidir

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, 755 ABŞ diplomatı ölkəni tərk etməlidir.

"Report" xəbər verir ki, bunu o, Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin aparıcısı Vladimir Solovyova müsahibəsində bildirib.

"O ki qaldı digər mümkün tədbirlərə və ya bunun çox və ya az olmasına, diplomatik idarənin işi baxımından bu kifayət qədər həssas məsələdir. Çünki Rusiyada mindən artıq əməkdaş – diplomat və texniki işçi – işləyirdi və hələ də işləyir, onlardan 755-i Rusiya ərazisində öz fəaliyyətini yekunlaşdırmalıdır", — deyə Putin qeyd edib.

İyulun 27-də ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi