Prokuror ​Dağlıq Qarabağda separatçıları dəstəkləyən erməniyə 7 il iş istəyib

Prokuror ​Dağlıq Qarabağda separatçıları dəstəkləyən erməniyə 7 il iş istəyib O, “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında da ittiham olunur
Region
12 Aprel , 2016 16:18
Prokuror ​Dağlıq Qarabağda separatçıları dəstəkləyən erməniyə 7 il iş istəyib

Bakı. 12 aprel. REPORT.AZ/ "Xahiş edirəm Ayrapatyan cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 7 il müddətinə azdlıqdan məhrum edilsin".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, dövlət ittihamçısı Moskvanın Zamoskvoretsk məhkəməsində hakimə erməni iş adamı barəsində belə bir hökmün çıxarılması ilə bağlı müraciət edib.

Qeyd edək ki, Levon Ayrapetyanın terrorçuluğa və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum olunan eks-senator İqor İzmestiyevin anasından oğlu barəsində çıxarılan məhkəmə qərarının yumşaldılması qarşılığında 700 min ABŞ dolları aldığı bildirilir.

L.Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb. O, Başqordıstanın "Başneft" şirkətinin işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub.

Xatırladaq ki, o, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarından olub. L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var.

Son xəbərlər

Orphus sistemi