Yuxarı

İstanbul Prokurorluğu Fətullah Güləni "qırmızı xət"lə axtarışa verir

İnterpolun baş katibliyi tələbi qəbul edərsə, o zaman Fətullah Gülən barəsində axtarış elan olunacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyədə dekabrın 14-də "Zaman" qəzetinin redaktoru, "Samanyolu" televiziyasının departament rəhbəri və "Sunqurlar" teleserialının rejissorunun ifadə vermək üçün tutulması diqqəti yenidən ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə yönəldib.

"Report" Türkiyənin "Habertürk" saytına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu "İnterpol"un "qırmızı xətti" vasitəsilə F.Gülən barəsində axtarış elan edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət hazırlayacaq.

Bundan sonra F.Gülən xaricdə olduğu üçün bu qərar Ədliyyə Nazirliyinin Cəza İşləri üzrə ümumi idarəsinə göndəriləcək. Nazirlik F.Gülənın "qırmızı xətt" vasitəsilə axtarışda olması haqda "İnterpol"a müraciət edəcək. "İnterpol"un baş katibliyi tələbi qəbul edərsə, o zaman F.Gülən barəsində axtarış elan olunacaq.

Xatırladaq ki, 190 ölkə "İnterpol"a üzvdür. Bu qurum qərar qəbul etdikdən sonra "qırmızı xət"lə axtarışda olunan tələb edən tərəfə təhvil verilir.

F.Gülənin qaldığı yer, onunla bağlı tələb edilən başqa məsələlər məlum olduğundan Türkiyə onun verilməsini ABŞ-dan istəyə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi