Yuxarı
    Bağlamaq

    Poroşenko: "ABŞ silahları Donbassın azad olunmasında Кiyevə kömək edəcək"

    Vaşinqtonla əməkdaşlıq sayəsində bir çox ukraynalı hərbçinin həyatını xilas edilib© Flashnord.com

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, Amerika silahları Donbassın azad olunmasında Кiyevə kömək edəcək.

    "Report" xəbər verir ki, bu barədə "İnterfax-Ukrayna" məlumat yayıb.

    "İlk növbədə Amerika silahları bizə Donbassın azad olunması və Ukrayna ərazilərinin geri qaytarılmasında kömək edə biləcək", - deyə "İnterfax-Ukrayna" Poroşenkonun sözlərini sitat gətirib.

    Dövlət başçısı həmçinin qeyd edib ki, Vaşinqtonla əməkdaşlıq sayəsində bir çox ukraynalı hərbçinin həyatını xilas edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi