Bakı. 14 aprel. REPORT.AZ/ Polşa, Danimarka və İsveçin xarici işlər nazirləri Gürcüstanda səfərdədirlər.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Polşanın xarici işlər naziri Gjegoj Sxetına, Danimarkanın xarici işlər naziri Martin Lideqard və İsveçin xarici işlər naziri Marqot Valström gürcüstanlı həmkarları Tamara Beruçaşvili ilə görüş keçiriblər.
Bundan sonra onların Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin sədri David Usupaşvili, habelə ölkə müxalifəti, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində Gürcüstan və Polşanın xarici işlər nazirləri yeni formatda əməkdaşlığın yaranması ilə bağlı "Tbilisi konfransı" adlı memorandum imzalayacaq. Məlumata görə, bu sənəd Gürcüstanın Avropa və Avroatlantik məkana inteqresiaysının Polşa tərəfindən dəstəklənməsinin göstəricisi sayılır.