Yuxarı

PKK terrorçuları Türkiyədə polis əməkdaşını qətlə yetirib

Hadisə  Mardin vilayətinin Mildyat rayonunda qeydə alınıb

Bakı. 9 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Mildyat rayonunda PKK terrorçuları polis maşınına atəş açıblar.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, avtomobildə olan polis əməkdaşlarından biri ölüb, digəri isə ağır yaralanıb.

Terrorçuların tutulması üçün bölgədə geniş miqyaslı əməliyyat başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi