PKK Mardindəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

PKK Mardindəki terror aktına görə məsuliyyəti üzərinə götürüb Partlayış nəticəsində 6 nəfər həlak olub, 51 nəfər yaralanıb
Region
9 İyun , 2016 16:12
PKK Mardindəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

Bakı. 9 iyun. REPORT.AZ/ PKK terror təşkilatı Türkiyənin Mardin vilayətində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə PKK-ya yaxın internet saytlarında məlumat yerləşdirilib.

Məlumatda həmçinin partlayışın "Dirok Amed" kod adlı terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunub.

Xatırladaq ki, iyunun 8-də Midyat Rayon Polis İdarəsinə yönəlik bomba yüklü avtomobillə təşkil olunmuş terror aktı nəticəsində 3-ü polis əməkdaşı olmaqla, 6 nəfər həlak olub, 51 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi