​Peterburqda Polşanın baş konsulluğu kirayə götürdüyü binadan çıxarılır

​Peterburqda Polşanın baş konsulluğu kirayə götürdüyü binadan çıxarılır Məhkəmə diplomatik missiyanı 74 milyon rubl məbləğində cərimələyib
Region
3 Fevral , 2015 17:29
​Peterburqda Polşanın baş konsulluğu kirayə götürdüyü binadan çıxarılır

Bakı. 3 fevral. REPORT.AZ/ Polşanın Sankt-Peterburqdakı baş konsulluğu icarə haqqını ödəmədiyi üçün kirayəyə götürdüyü binadan çıxarılır.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, Peterburq şəhər və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi xarici ölkə vətəndaşlarına xidmət edən "İnterpredsercis"in baş konsulluğa qarşı iddiasını təmin edib.

Məhkəmənin qərarına əsasən, Polşanın baş konsulluğundan 74 milyon rubl müsadirə edilməklə yanaşı, diplomatik korpus məhkəmə xərclərini də ödəyəcək. 

Son xəbərlər

Orphus sistemi