Yuxarı

Dmitiri ​Peskov: "Rusiya və Türkiyə prezidentləri "G-20"nin sammitindən əvvəl görüşə bilər"

Onun sözlərinə görə, görüşün dəqiq tarixi və yeri hələlik müəyyənləşdirilməyib

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla "Böyük-20"liyin (G-20) Çində keçiriləcək sammitindən əvvəl görüşə bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov bildirib.

Onun sözlərinə görə, görüşün dəqiq tarixi və yeri hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, iki ölkə prezidentlərinin sentyabrın 3-4-də Çində keçiriləcək "G-20"nin zirvə toplantısı zamanı görüşəcəyi haqda xəbər yayılmışdı.

Xatırladaq ki, Rusiyada çıxan "Kommersant" qəzeti isə dövlət başçılarının avqustda görüşəcəkləri barədə məlumat yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi