Pentaqon: "Silah-sursat yardımını "YPG"-yə deyil, suriyalı ərəblərə göndərmişik"

Pentaqon: "Silah-sursat yardımını "YPG"-yə deyil, suriyalı ərəblərə göndərmişik" ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi deyib: "Biz suriyalı ərəblərlə çalışırıq"
Region
14 Oktyabr , 2015 10:42
Pentaqon: Silah-sursat yardımını YPG-yə deyil, suriyalı ərəblərə göndərmişik

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Silah-sursat yardımını "YPG"-yə ("Xalqı Müdafiə Birliyi", terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-nin silahlı qruplaşması ) deyil, suriyalı ərəblərə göndərmişik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin adının çəkilməsini istəməyən rəsmisi deyib: "Biz suriyalı ərəblərlə çalışırıq".

Həmin şəxs qeyd edib ki, Suriyaya göndərilən silahlar arasında raket sistemləri olmayıb. 

Qeyd edək ki, ABŞ terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-yə ("Demokratik Birlik Partiyası") 27 konteyner və ya 50 ton silah-sursat göndərib. ABŞ isə hələ də bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bu silahların Türkiyə ərazisindəki İncirlik bazasından göndərilməsinə dair məsələ araşdırılır.

Xatırlardaq ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın "PYD" və "YPG"-ni ("Xalqı Müdafiə Birliyi") terrorçu təşkilatlar kimi tanımadığını söyləmişdi.

Son xəbərlər

Orphus sistemi