Nikol Paşinyan “Şərq Tərəfdaşlığı”nın yubiley tədbirinin fotosuna düşməyib, qalmaqal yaranıb

Nikol Paşinyan “Şərq Tərəfdaşlığı”nın yubiley tədbirinin fotosuna düşməyib, qalmaqal yaranıb Ermənistanın Baş naziri Nikol Paşinyanın “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi ilə bağlı tədbirdə çəkilən xatirə fotosunda görünməməsi ölkə mətbuatında müzakirələrə səbəb olub.
Region
15 May , 2019 14:36
Nikol Paşinyan “Şərq Tərəfdaşlığı”nın yubiley tədbirinin fotosuna düşməyib, qalmaqal yaranıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi ilə bağlı tədbirdə çəkilən xatirə fotosunda görünməməsi ölkə mətbuatında müzakirələrə səbəb olub.  

“Report” xəbər verir ki, “Past” qəzeti bunun təsadüfi hadisə olmadığını yazıb. 

Bildirilib ki, protokol və informasiyaya görə cavabdehlər bu məsələdə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Nikol Paşinyan görünmədiyi üçün fotonu “Şərq Tərəfdaşlığı”nın “Facebbook” səhifəsindən yığışıdırıblar. Həmin fotoda Ukraynanın fəaliyyətdə olan Prezidenti Petro Poroşenkonun arxasında görünməyən Nikol Paşinyandır. 

Xatırladaq ki, mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk adından rəsmi şam verilib. Bu tədbir çərçivəsində iştirakçılar foto çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi