Yuxarı
    Bağlamaq

    ​MHP-nin parlament sədrliyinə namizədi baş nazirlə görüşüb

    Ekmələddin İhsanoğlu: Baş nazir Əhməd Davudoğlu ilə səmimi və məhsuldar bir görüşümüz oldu

    Bakı. 29 iyun. REPORT.AZ/ Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlu Miliyyətçi Hərəkat Partiyasından (MHP) Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd Ekmələddin İhsanoğlunu qəbul edib.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

    Xəbərə görə, tərəflər arasında görüş 20 dəqiqə sürüb.

    "Baş nazir Əhməd Davudoğlu ilə səmimi və məhsuldar bir görüşümüz oldu", - Ekmələddin İhsanoğlu deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi