Yuxarı

​Pakistanda partlayış, ölkədə üçgünlük matəm elan olunub - YENİLƏNİB

Hadisənin məsuliyyətini hələlik üzərinə götürən yoxdur

Bakı. 30 yanvar. REPORT.AZ/ Pakistanın cənubunda Sind əyalətinin Şikarpur əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb, yaralananların sayı isə 55 nəfərdir. 

"Report"un Pakistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Şikarpur əyalətinin xəstəxanasının nümayəndəsi bildirib. 

Məlumatda qeyd olunub ki, artıq ölənlərdən 46 nəfərinin kimliyi müəyyənləşdirilib, qalan 3 nəfərin isə şəxsiyyəti dəqiqləşdirilir.  

Baş verən hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub. 

***

Pakistanın cənubunda Sind əyalətinin Şikarpur əyalətində baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

"Report" "DAWN"a istinadən xəbər verir ki, partlayış məsciddə baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Hadisənin məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi