Yuxarı

​Özbəkistanlı milyarder "Kalaşnikov" şirkətinin sahiblərindən biri olub

Milyarder öz ortağı Andrey Bokarevin Kalaşnikovdakı səhmlərinin 12,25%-ni alıb

Bakı. 2 iyul. REPORT.AZ/ Ural Dağ-Metallurq Şirkətinin əsas səhmdarı sayılan özbək əsilli milyarder İskəndər Mahmudov "Rostex" Dövlət Konserninə daxil olan "Kalaşnikov" silah müəssisəsinin yiyələrindən birinə çevrilib.

"Report" xəbər verir ki, bu haqda Rusiyanın "Komersant" qəzeti yazıb.

Məlumata görə, milyarder öz ortağı Andrey Bokarevin "Kalaşnikov"dakı səhmlərinin 12,25%-ni alıb. Bununla da silah şirkətində İ.Mahmudovun payı 25%-ə yüksəlib. "Kalaşnikov"un səhmlərinin 51% "Rostex"ə məxsusdur.

İ.Mahmudov atıcı silah istehsal edən İjevsk Mexaniki zavodunun da yiyələrindən birinə çevrilib. Müəssisənin digər sahibi isə "Rostex"dir.

İ.Mahmudov 1963-cü ildə Özbəkistanın Buxara vilayətində anadan olub. İxtisasca ərəbşünasdır. SSRİ dövründə Liviya və İraqda hərbi sahədə tərcüməçi işləyib.

"Forbes"in hesablamasına əsasən, 2013-cü ildə onun 8,7 milyard dollar, 2014-cü ildə isə 6,1 milyard dollarlıq var-dövləti olub. Bu göstərici ilə o, dünyada 88-ci, Rusiyada isə 15-ci yerdədir.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrə və Rusiyanın Krımı ilhaqına görə "Kalaşnikov" ABŞ-ın sanksiyasına məruz qalan şirkətlərdəndir. Müəssisə 2013-cü ilin avqustunda qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi