Özbəkistanın yeni prezidenti MDB-nin inkişaf etdirilməsinin vacibliyini bəyan edib

Özbəkistanın yeni prezidenti MDB-nin inkişaf etdirilməsinin vacibliyini bəyan edib Bu barədə MDB icrayə katibi Sergey Lebedev məlumat verib
Region
6 Dekabr , 2016 06:12
Özbəkistanın yeni prezidenti MDB-nin inkişaf etdirilməsinin vacibliyini bəyan edib

Bakı. 6 dekabr. REPORT.AZ/ Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin qorunub saxlanılmasının və fəaliyyətinin təkmilləşdirilməsinin, gələcək inkişafının vacibliyini vurğulayıb.

“Report” RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə MDB icrayə katibi Sergey Lebedev məlumat verib.

“Yeni seçilmiş prezidentlə bizim çox uzunmüddətli və əhatəli söhbətimiz oldu. Prezident vurğuladı ki, ondan əvvəlki prezident İslam Kərimovun MDB formatının qorunması və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi kursu davam etdirəcək, Özbəkistan Birlik çərçivəsində inteqrasiya proseslərinə aktiv cəlb olunacaq”, - Mirziyoyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi