​Özbəkistanda bütün ölkə üzrə valyuta mübadiləsi dayandırılıb

​Özbəkistanda bütün ölkə üzrə valyuta mübadiləsi dayandırılıb Şirkət və vətəndaşlar iyuladək valyuta əməliyyatı apara bilməyəcək
Region
24 May , 2015 01:08
​Özbəkistanda bütün ölkə üzrə valyuta mübadiləsi dayandırılıb

Bakı. 24 may. REPORT.AZ/ Özbəkistan Mərkəzi Bankı nağd pul qıtlığı ilə əlaqədar bütün ölkə üzrə valyuta ilə bağlı mübadilə əməliyyatlarını dayandırıb.

“Report” xəbər verir ki, Mərkəzi Bankın rəsmi nümayəndələrinin bəyanatına əsasən, ölkə vətəndaşları və şirkətləri ən azı iyulun əvvəlinədək valyuta əməliyyatları həyata keçirə bilməyəcəklər.

Bundan bir neçə gün əvvəl ölkənin baş nazirinə nağd pul qıtlığı ilə bağlı xəbərdarlıq göndərilib. Bankın belə bir qərar qəbul etməsi kəskin xarici valyuta çatışmazlığından xəbər verir.

Qeyd olunur ki, dolların məzənnəsinin rubla nisbətdə artması və Qərbin sanksiyaları ilə əlaqədar yaranan iqtisadi böhran səbəbindən əmək miqrantları Rusiyadan Özbəkistana pul köçürmələri həcmini kəskin azaldıblar.

Ötən həftə Özbəkistanın qara bazarında dolların dəyəri 5 min özbək sumuna yüksəlib.

Son xəbərlər

Orphus sistemi