Özbəkistan prezidenti Rusiyaya səfər edəcək

Özbəkistan prezidenti Rusiyaya səfər edəcək Hökumətlərarası komissiyasının iclasında Şavkat Mirziyoyevin səfərinin gündəliyi müzakirə olunacaq
Region
15 Fevral , 2017 10:58
Özbəkistan prezidenti Rusiyaya səfər edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu il aprelin birinci ongünlüyündə Rusiyaya səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hazırda Daşkənddə səfərdə olan Rusiya hökumətlərarası nümayəndə heyəti üzvlərindən biri bildirib.

“Özbəkistan prezidenti aprelin birinci ongünlüyündə səfər edəcək. Rəsmi olaraq, təsdiq edilməsə də, bu səfərin təxminən aprelin 5-də reallaşacağı gözlənilir”, - deyə, o, vurğulayıb.

Onun sözlərinə görə, Rusiya-Özbəkistan hökumətlərarası komissiyasının fevralın 15-də keçirilən iclasında Şavkat Mirziyoyevin səfərinin gündəliyi müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi