Yuxarı

Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin baş direktoru həbs olunub

Omonullo Yunusov dövlət büdcəsindən kitab nəşrinə ayrılmış maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir

Bakı. 25 avqust. REPORT.AZ/ Özbəkistan Milli Təhlükəsizlik Xidməti ölkənin Mətbuat və İnformasiya Agentliyinin baş direktoru Omonullo Yunusovu həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, O.Yunusov "Özbəkistan" nəşriyyat evinin rəhbərliyinə qarşı başladılan cinayət işi çərçivəsində tutularaq, istintaqa cəlb edilib.

O.Yunusov 2013-cü ildən Mətbuat və İnformasiya Agentliyinə rəhbərlik edir.

Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib ki, o, dövlət büdcəsindən kitab nəşrinə ayrılmış maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir".

Qeyd edək ki, Özbəkistan Mətbuat və İnformasiya Agentliyi informasiya mübadiləsi, çap, poliqrafiya fəaliyyəti, dövri mətbuatın paylanması sahələri ilə məşğul olan dövlət orqanıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi