Yuxarı

​"Özbəkistan hava yolları" Kiyevə uçuşları dayandırıb

Buna səbəb Özbəkistanla Ukraynanın hava şirkətləri arasında razılaşdırılmış hava yollarının istismarına dair müqavilənin olmamasıdır

Bakı. 4 may. REPORT.AZ/ "Özbəkistan hava yolları" şirkəti ("Uzbekistan xavo yulları") bu ilin mayın 5-dən Kiyevə uçuşları dayandıracaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda şirkət məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Özbəkistanla Ukraynanın hava şirkətləri arasında razılaşdırılmış hava yollarının istismarına dair müqavilə olmadığına görə uçuşlar dayandırılacaq. Özbəkistan şirkətinin təmsilçisi qəbul olunmuş qərarın detallarına aydınlıq gətirməkdən imtina edib.

Məlumatda bildirilib ki, iki ölkənin şirkətləri arasında uçuş tezliyi məsələsində razılıq əldə edilmədiyindən 2014-cü il aprelin 1-də "Özbəkistan hava yolları" Kiyevə uçuşları dayandırmışdı. Ötən ilin iyulun 15-də isə uçuşlar bərpa olunmuşdu.

Xatırladaq ki, "Özbəkistan hava yolları" şirkəti dövlət müəssisəsidir. Aviaşirkət Avropa, Amerkia, Asiya, o cümlədən Yaxın Şərqin 21, MDB-nin isə 22 şəhərinə, habelə 11 yerli uçuşlar həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi