Yuxarı

Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb
Rusiyaya miqrant axını getdikcə zəifləyir

Bakı. 20 fevral. REPORT.AZ/ Ötən il Rusiya əhalisinin sayı 77 400 nəfər və ya 0,05% artaraq 146,9 mln. nəfər təşkil edib. 

"Report" Rusiya Statistika Komitəsinin ("Rosstat") illik hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə ölkə əhalisi 259 700, 2015-ci ildə isə 277 400 nəfər artıb.

Hesabatda bildirilir ki, Rusiya əhalisinin təbii azalması 2017-ci ildə 134 400 nəfər təşkil edib. Bu göstərici 2016-cı ildə 5 400, 2015-ci ildə isə 32 700 nəfər artım göstərib.

Miqrasiya Rusiya əhalisinin təbii azalmasını 57,6% üstələyib. 2017-ci ildə Rusiyaya 212 000, 2016-cı ildə 262 000, 2015-ci ildə isə 246 000 insan köçüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi