Ötən il Gürcüstanda terrorçuluqda şübhəli bilinən 1500 nəfər saxlanılıb

Ötən il Gürcüstanda terrorçuluqda şübhəli bilinən 1500 nəfər saxlanılıb Eyni zamanda, 750 nəfərin ölkəyə girişinə qadağa qoyulub
Region
15 Aprel , 2017 18:10
Ötən il Gürcüstanda terrorçuluqda şübhəli bilinən 1500 nəfər saxlanılıb

Tbilisi. 15 aprel. REPORT.AZ/ Ötən il Gürcüstanın sərhəd-keçid məntəqələrində yoxlama zamanı terrorçuluqda şübhəli bilinən 1500 nəfər saxlanılıb, 750 nəfərin ölkəyə girişinə qadağa qoyulub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Tabatadze parlament komitələrinin birgə iclasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Gürcüstanda terrorizmlə bağlı 9 cinayət işi başlanılıb.

İŞİD kimi terror təşkilatları ilə əlaqələrinə görə, Ayuf Borçaşvili, David Borçaşvili, Şarxan Marqoşvili kimi qatı cinayətkarlar və onların silahdaşları Tbilisi Şəhər Məhkəməsi tərəfindən uzun müddətə azadlıqdan məhrum edilib.

Gürcüstanda terror qrupları yaratmaqda, İŞİD-i dəstəkləməkdə və gəncləri terror qruplarına cəlb etməkdə şübhəli bilinən 15 xarici tələbə haqqında ciddi qərarlar qəbul olunub.

Terror təşkilatlarının maliyyələşdirilməsində şübhəli bilinən xeyli şəxs, o cümlədən Gürcüstanda hüquqi şəxs yaradaraq şübhəli fəaliyyətlə məşğul olan 20 nəfər xarici vətəndaş haqqında tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi