Ötən il Gürcüstanda qaydaları pozan sürücülər 31 mln. dollar cərimə ödəyiblər

Ötən il Gürcüstanda qaydaları pozan sürücülər 31 mln. dollar cərimə ödəyiblər Cərimələrin 70 faizi sürət həddi ilə əlaqədar olub
Region
30 İyun , 2017 22:52
Ötən il Gürcüstanda qaydaları pozan sürücülər 31 mln. dollar cərimə ödəyiblər

Tbilisi. 30 iyun. REPORT.AZ/ Gürcüstanda 2016-cı ildə yol hərəkəti qaydalarını pozan sürücülər 74,1 milyon GEL, təqribən 31 milyon ABŞ dolları məbləğində cərimə ödəyiblər.

“Report”un Gürcüstan bürosu ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, il ərzində ümumilikdə 1,4 milyon cərimə yazılıb, bunların da 280 mindən çoxu videocərimələrdir.

Cərimələrin 70 faizi sürət həddini aşma, 31 mini avtomobili sərxoş vəziyyətdə idarə etmə, 50 mini təhlükəsizlik kəmərindən istifadə etməmə, 157 mini isə avtomobili idarə edərkən telefonla danışmağa görə yazılıb.

Ötən il Gürcüstanda 6,9 mindən çox yol-nəqliyyat qəzası qeydə alınıb. Bunun nəticəsində 581 nəfər dünyasını dəyişib, 10 minə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi