Ötən ay Gürcüstanda xilasedicilər çimərliklərdə itmiş 109 uşağı taparaq valideynlərinə təhvil verib

Ötən ay Gürcüstanda xilasedicilər çimərliklərdə itmiş 109 uşağı taparaq valideynlərinə təhvil verib Uşaqlar arasında Gürcüstan və xarici ölkələrin vətəndaşları da var
Region
10 Avqust , 2017 03:07
Ötən ay Gürcüstanda xilasedicilər çimərliklərdə itmiş 109 uşağı taparaq valideynlərinə təhvil verib

Bakı. 10 avqust. REPORT.AZ/ Gürcüstanda xilasedicilər yerli çimərliklərdə itmiş 109 uşağı valideynlərinə təhvil verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət iyulun 1-dən 31-ə qədərki dövrdən gedir. Nazirlikdən bildirilib ki, uşaqlar arasında Gürcüstan və xarici ölkələrin vətəndaşları da var.

Kobuletdə xilasedicilər 4 yaşlı uşağı valideynlərinin itirdiyi ərazidən 3 kilometr kənarda tapıblar. Xilasedicilər suya girən nəzarətsiz uşağı xilas etməyə müvəffəq olublar. 

Son xəbərlər

Orphus sistemi