Yuxarı

​Obama Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdlərini yüksək qiymətləndirib

ABŞ prezidentinin türkiyəli həmkarı ilə telefon söhbəti olub

Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Türkiyə hökumətinin Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Amerika liderinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbətinin yekununda Ağ ev məlumat verib.

"Prezident Ərdoğanın və onun hökumətinin İsrail ilə münasibətlərin normallaşdırılmasına dair razılığın əldə olunması və Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması istiqamətində atdığı addımları yüksək qiymətləndirib", — deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi