Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişiklikləri imzalayıb

Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişiklikləri imzalayıb Dəyişikliklər parlamentin rolunun artırılmasına yönəlib
Region
10 Mart , 2017 11:18
Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişiklikləri imzalayıb

Bakı. 10 mart. REPORT.AZ/Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Qazaxıstan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" qanunu imzalayıb.

"Report" dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, qanun hökumətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini təmin edir.

Qüvvəyə minmiş dəyişikliklər ilk növbədə parlamentin rolunun artırılmasına yönəlib. Sənəd hökumətin formalaşmasında parlamentin rolunu genişləndirir, eləcə də parlamentin Nazirlər Kabinetinin fəaliyyətinə nəzarətini gücləndirir.

Son xəbərlər

Orphus sistemi