Yuxarı
    Bağlamaq

    ​Novosibirsk-Lənkəran-Novosibirsk birbaşa uçuş reysi açılıb

    Reyslər bu il iyunun 14-dən həyata keçiriləcək

    Bakı. 13 may. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərindən Azərbaycanın Lənkəran şəhərinə davamlı aviareys açılıb.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda "Tolmaçyov" hava limanı məlumat yayıb.

    Xəbərdə bildirilib ki, "Anqara" Hava Şirkətinə məxsus təyyarə bu il iyunun 14-dən etibarən hər həftənin bazar günü yerli vaxtla 06.45-də Novosibirskdən uçaraq saat 11.00-da (Bakı vaxtı ilə) Lənkərana enəcək. Elə həmin gün Lənkərandan Bakı vaxtı ilə saat 12.00-da uçaraq saat 17.40-da (Novosibirsk vaxtı ilə) Novosibirskə enəcək.

    Birbaşa reys (№ 905/906) 75 yerlik "An-148" təyyarəsi ilə həyata keçiriləcək. İkitərəfli uçuş biletinin qiyməti 28 min rubl, təxminən 580 manatdır. Biletləri "Tolmaçyov" hava limanı və Novosibirskin aviakassalarından almaq olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi